20.01.2016 23:14

Türkiyədə Esmira Kazımovanın seminarı keçirildi

16 yanvar tarixində Türkiyənin İstanbul şəhərində Esmira Kazımovanın seminarı keçirildi. Seminar Konuşma Engelliler Federasyonu və İgem psixoloji mərkəzin yardımı ilə həyata keçirildi. Bu seminar nəinki türk vətəndaşları üçün nəzərdə tutulmuşdu. Həmçinin Azərbaycanın bölgələrindən də online olaraq loqopedlər qatıldı. Nəinki Bakıdan həmçinin Naxçıvan, Gəncə, Quba şəhərlərindən qatılan mütəxəsislər razı qaldılar. Beləki hər bir iştirakçıya sertifikat və kəkələmə proqramı hədiyyə olundu. Tədbirin açılışını Konuşma Engellilər Federasyonunun rəhbəri Özgür Tekol və İgem psixoloji mərkəzin rəhbəri Leyla Sancak açdı. Qeyd edək ki, hər iki rəhbər Türkiyənin ən tanınmış və bacarıqlı loqopedlərindəndi.

Seminardan sonrakı günü isə Türkiyənin tanınmış və dinlənilən radiolarından biri olan Moral radionun dəvəti ilə Esmira Kazımova və Leyla Sancak radioda qonaq oldular. Mövzu nitq qüsurları idi. Bir saatlıq canlı yayım zamanı dinləyicilər tərəfindən çoxlu suallar oldu.

{rsmediagallery tags="kekeleme-konqres"}

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr