12.06.2017 21:49

Azərbaycanlı loqopedin Türkiyədə seminarı keçəcək (www.Newscenter.az)

Azərbaycanlı loqoped, Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova Türkiyədə nitq qüsuru və danışıq problemləri ilə bağlı seminar keçəcək. Newscenter.az-ın xəbərinə görə, seminar Türkiyənin İzmir şəhərində baş tutacaq. İyulun 29-30-da keçirilməsi nəzərdə tutulan seminar İzmirin Harlıdərə bələdiyyəsinin Atatürk Mədəniyyət Mərkəzində keçiriləcək. Seminarda Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova nitq qüsuru, onun aradan qaldırılmasının yolları, eləcə də digər vacib məqamlardan danışacaq, iştirakçıların suallarını cavablandıracaq.
Qeyd edək ki, Esmira Kazımova bundan əvvəl də qardaş ölkədə bir neçə seminara qatılıb.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr