24.09.2016 14:23

Uşaqlarda nitq qüsurunu aradan qaldırmağın yolları (avrasiya.net və olaylar.az)

Esmira Kazımova: "Loqopedik masaj ümumi orqanizmə müsbət təsir göstərən, nitq inkişafında böyük rol oynayan bir prosesdir"

Son illər cəmiyyətdə, xüsusilə uşaqlar arasında yayılan problemlərdən biri də nitq qüsurudur. Bir qayda olaraq nitq qüsurundan əziyyət çəkən uşaqların vaxtında həkimə göstərilməsi, həmin uşaqlarla xüsusi məşğul olmaq zərurəti meydana çıxsa da, lakin bəzi hallarda valideynlər məsuliyyətsizlik edərək bu probleminin həllini zamanın öhdəsinə buraxırlar. Bu isə uşaqda olan nitq problemi, danışıq qabiliyyətini getdikcə daha da çətinləşdirir. Bəs görəsən nitq qüsurundan əziyyət çəkən uşaqlarla hansı formada məşğul olmaq lazımdır? Bu və ya digər məsələlərlə bağlı Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova fikirlərini bölüşüb. O, bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinin ilk narahatçılığı çox zaman məhz nitqində olan problemlərlə bağlıdır: "Bu səbəbdən də loqopedə müraciət edirlər. Loqopedik dərs bir neçə hissədən ibarət olur. Çox zaman isə loqopedik masajsız keçinmək olmur". Esmira Kazımova bildirib ki, masaj - insan bədəninin müxtəlif sahələrinin səthlərinə mexaniki təsir edən mualicə və proflaktik üsuldur: "Loqopediya praktikasında masaj əsasən dizartriya, rinolaliya, alaliya, afaziya, kəkələmə kimi nitq qüsurlarında istifadə olunur. Əlbəttə loqopedik masajın üstünlükləri çoxdu". Mərkəz rəhbərinin sözlərinə görə, loqopedik masaj ümumi orqanizmə müsbət təsir göstərən, nitq inkişafında böyük rol oynayan bir prosesdir: "Loqopedik masaj-qan-damar sisteminin, əzələ tonusunun formalaşdırılmasına, artikulyar aparatın hərəkətliliyinə müsbət təsir göstərir.

Onu da qeyd edim ki, loqopedik masajı ancaq ixtisaslaşmış mütəxəssis dəqiq və düzgün edə bilər. Loqopedik masajın bir neçə növləridə var ki, bu sıraya -novikovanın zondlarla masajı, dyakova, prixotka, krauzenin loqopedik masajları daxildir. Əlbəttəki bu sadalanan növlər hər biri öz təsdiqini tapıb". Esmira Kazımova onu da vurğulayıb ki, son zamanlar xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün loqopedik masaj kursları daha çox dəb halına keçib: "Hər əlinə zond alan loqoped olub. Loqopedik masaj loqopedik işin bir hissəsi sayılır. Hər bir loqoped masajın teoriyasını və texnikasını bilməlidir. Valideyinlər loqoped adı eşidən zaman ilk növbədə loqopedik masajın olub olmayacağını düşünürlər. Onu da nəzərə almaq lazımdır ki, loqoped masaj zamanı həm loqoped, həm də valideyin bunları nəzərə almalıdır. İlk növbədə loqopedin əlləri təmiz, uzun dırnaqsız, üzük və ya qolbaqsız olmalıdır. Masaj zamanı istifadə olunacaq vəsaitlər antiallergen ( yağ, pudra, salfet və s) olmalıdır Masajdan öncə əzələ tonusunu yoxlamaq və ona
uyğun massaj proqramı tərtib etmək vacibdir. Masaj zamanı uşağın vəziyyətinə fikir vermək lazımdır ki, əzələləri gərgin olmasın. Masaj hərəkətlərinin ardıcıllığına fikir vermək lazımdır. Uşağı yavaş-yavaş masaja uyğunlaşdırmaq lazımdır. Həmçinin masaj ağrı verməməlidir. Onu da qeyd etmək lazımdır ki, loqopedin psixoloji vəziyyəti nəzərə alınmalıdır. Əgər loqoped yorğun və ya əsəbidirsə masajı etməmək məsləhətdir. Dezinfeksiya qaydalarına əməl etmək vacibdir. Burun-boğaz, virus infeksiyalı, limfa vəzilərinin xəstəlikləri zamanı, üz ağız, dodaq və ya burunda qıcıqlanma və irinli yaralar zamanı qəti masaj qadağandır". Esmira Kazımova qeyd edib ki, əsasən klassik, alətlə olunan, qarışıq masaj növləri var. Özünü masaj isə q qədər də yaxşı effekt vermir. Çünki çiyin və əzələlər gərginləşir. Dəqiq masaj zamanı bioloji nöqtələrin massajına üstünlük verilir. Masaj etmənin yaş hədləri və zamanı da fərqlidir. Adətən 3-12 aylıq uşaqlar üçün. masaj 1 dəqiqədən başlayaraq 15 dəqiqəyə qədər davam edir. Süd əmər uşaqlarda bunu ana özü etməlidir. 4-7 yaşlı uşaqlarda bu proses 5-25 dəqiqə arası davam edir. Böyüklərdə 25-40 dəqiqə arası masaj edilir. Nəzər almaq lazımdır ki, I və V seans proflaktik sayılmalıdır. 10-12 masajdan sonra bir və ya iki həftə fasilə vermək düzgün olar".

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr