29.07.2016 10:37

Övladınız danışmırsa....MÜTLƏQ OXUYUN (www.1xeber.com)

Loqopedə müraciət edən valideyinlərə verilən ilk sual: "Uşağınızı loqopedə niyə gec gətirdiniz?"
Təəssüf ki, cavablar eyni olur: qohumumun uşağı 5 yaşında danışıb. Mən də düşündüm ki, bizimki də danışar.."
Nəsimi rayonun 11 saylı yardımçı məktəbin defektoloq-loqopedi Esmira Kazımova deyir ki, uşağın nitqinin normal halda inkişafı 1 yaşından başlayır. Uşaq 1 yaşında - 5 söz, 1,6 ayında - 40-50 söz , 2 yaşında qısa ifadələr və cümlələr qurmalıdır. 2 yaşından sonra jest və mimika arxa plana keçir. Nitq ünsiyyət vasitəsində əsas olur. 2 yaş 6 ayından etibarən uşaq sual verməyə başlayır. 3 yaşında lüğət ehtiyatı 250-700 sözdən ibarət olur. Uşaq yaşını, cinsini, adını rahat deyir. Çətin söz və cümlələrdən istifadə edir. S-Z-L səslərini düzgün deyir. Qısa nağılın mənasını anlayır. 3 yaşına sonuna qrammatik cəhətdən nitq formalaşır.

Mütəxəssis hesab edir ki, uşaqların danışması üçün 4-5 yaşı gözləməklə vaxt itirmək olmaz. Valideyn və loqopedin birgə işləməsi vacibdir.

-İlk olaraq uşağı gecikdirmədən loqopedik dərslərə aparmaq lazımdır
-Uşağı mobil telefon, İP-dan və televizordan uzaqlaşdırmaq şərtdir
-Loqopedin verəcəyi ev tapşırıqlarına valideyin diqqətlə yanaşmalı və yerinə yetirməlidir
-Övladı ilə daha çox sözlü olaraq ünsiyyətə girməli. Jest və mimikaya üstünlük verməməlidir
-Uşağa daha çox düşündürücü oyuncaqlar və şəkilli kitablar almalıdır (kiçik matorikanın inkişafı və s)

Türkiyə Disleksiya vakfının yazarı və quruculuğunda çalışan Esmira xanəm hesab edir ki, gecikmənin səbəbi müxtəlif ola bilər." Amma səbəbdən asılı olmayaraq loqoped işini bacardığı qədər tez görməli, valideyin ilə daima ünsiyyətdə olmalı, ailəni maarifləndirməlidir. İlk olaraq loqoped uşağın nitqini yoxlamalıdır." Amma, loqopedin fikrincə, uşağın nitqini yoxlayan zaman mütləq psixoloqdan rəy alınmalıdır. Çox zaman uşağın nitqinin olmaması və ya gecikməsi psixoloji durumuna da təsirsiz qalmır. Çünki valideyn adətən danışa bilməyən övladını bağçadan , digər uşaqlarla ünsiyyətdən kənar saxlayır. Bu da uşaqda sosiallaşmanı ləngidir, özünəqapanma halına səbəb olur. Bu səbəbdən nitq problemi yaşayan uşaqlarla valideyn, loqoped və psixoloq birgə işləməlidir.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr