28.04.2016 17:43

Birinci Ölkələrarası Korreksion Pedaqogika Konfransı keçiriləcək (www.olaylar.az)

6-7 may tarixlərində Birinci Ölkələrarası Korreksion Pedaqogika Konfransı keçiriləcək. Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımovanın “OLAYLAR”-a verdiyi xəbərə görə, Qazaxıstanda baş tutacaq konfransda rəhbərlik etdiyi qurum ilk dəfə olaraq Azərbaycanı təmsil edəcək: “Qazaxıstanda fəaliyyət göstərən Defektoloq-Loqopedlər Birliyinin Rik Asossiasiyasının təşkilatçılığı ilə baş tutacaq konfransda Azərbaycanı Nitq İnkişaf Mərkəzi olaraq biz təmsil edəcəyik. Konfrans üçün nzərdə tutulmuş kitabda Azərbaycandan olan iştirakçıların yazıları da dərc ediləcək”

Qeyd edək ki, Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova konfransda “Autizm sindromlu uşaqlarda nitqin yoxlanılması” mövzusunda məruzə ilə çıxış edəcək.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr