29.03.2016 12:09

Nitq İnkişaf Mərkəzlərinin rəhbəri Esmira Kazımova istedadlar.biz - saytında istedadlı gənclərdən biri kimi

Kazımova Esmira Rafiq qızı 2001-2005 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetin Defektologiya şöbəsində təhsil alıb. 2005-ci ildən bu günə qədər xüsusi uşaqlar üçün 11 saylı dövlət məktəbində defektoloq-loqoped kimi fəaliyyət göstərir. Eyni vaxtda 2012-ci ildən bəri Nitq İnkişaf Mərkəzlərinin rəhbəri, “Autizm” qəzetinin redaktoru, Türkiyədə Disleksiya vakfının yazarı və quruculuğunda çalışır. İlk Azərbaycanlı loqoped olaraq Azərbaycanı xarici ölkələrdə təmsil edən loqoped-defektoloq, ilk loqopedik  maarifləndirici saytın qurucusudur (Autizm.az, loqoped.az), ilk autizm əl kitabçasının, daun sindromu və nitq kitabının, Türkiyədə loqopedik kitabın müəllifi, ilk Autizm mərkəzi ictimai birliyin qurucularından biri, özəl defektoloji-loqopedik mərkəzin qurucularından biridir.

2009-cu ildə Uşaq və Nevropsixoloji Mərkəzdə baş müəllim, defektoloq-loqoped olaraq fəaliyyət göstərib. 2011-ci ildə Azərbaycanda ilk Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin qurucularından biri  və baş mütəxəsisi olaraq fəaliyyət göstərib.

2011-ci ildə İsraildə  Yuliya Ertsin rəhbərliyi altında ABA kursunun I və II modulunu distant olaraq bitirib.

11.08.2012-ci ildə Moskvada ABŞ-da yerləşən Beynəlxalq Loqopedlər Universitetinin  loqopedik masaj kursunu ( Elena Dyakova) bitirib.

2012-2014 cü  ildə Moskvada Loqoped Plus tədris mərkəzinin Nitq qüsurları və masaj kursunu distant təhsillə bitirib.

2013-cü ildə Çetin Özbey’in PECS seminarına qatılıb və sertifikat alib. Həmin ildə İranda Loqopediyanın Pedaqogikası və Patalogiyası kursunu keçib və sertifikat alıb.

2013-cü ildə Naxçıvan Muxtar Respublikasında olan Fiziki məhdudiyyəti məhdud olan  mərkəzdə autizm sindromlu usaqlar üçün təsis edilmiş hissəsində dərs verib. 2015 ci ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən FIM mərkəzinin rəsmi dəvəti ilə 2 günlük seminar verib, uşaqları qiymətləndirdi. 2014-cü ildən Rusiyada Saratov Dövlət Universitetinin Xüsusi Defektologiya fakültəsində loqopediya üzrə magistratura təhsili alır.

2014-cü ildə Türkiyədə ilk disleksiya dost müəllim oldu. Beynəlxalq konqresə qatılaraq sertifikat aldı.

14.11.2014 cü ildə Azərbaycanda ilk loqopedlər forumunun təşkilatçılarında biridir.

2015-ci ildə mərkəzində istifadə edilən kəkələmə məşğələsi Rusiyada loqopedlərin birləşdiyi təhsil Loqoportalda yazısı yerləşdirildi.

Ümumdünya loqopedlər günü münasibəti ilə Moskva şəhərində keçirilən “II международной научно-практической конференции 14-15 ноября 2015 года” – “Современная логопедия: от теории к практике” konfransın sonunda çıxacaq kitabda yazısi dərc olundu. Mövzu: BİLİNQVİST UŞAQLAR VƏ NİTQƏ TƏSİR (AZƏRBAYCANDA)

2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya vasitələri İşçilərinin Həmkarlar Birliyinin Rəyasət Heyəti (AzərKÌV) “Ìntervyü” jurnalı və “Ìntervyü-xəbər” qəzetinin keçirdiyi ictimai sorğu əsasında  ilin loqopedi seçildi.

2015-ci ildə ilk azərbaycanlı loqoped olaraq Azərbaycanı 30-31 may tarixində ölkələrarası Disleksiya təmsil edib. AYDIN universiteti tərəfindən mükafata layıq görülüb.

2015-ci il 9-10 oktyabr tarixində ilk azəri loqoped olaraq Rusiyanın Saratov vilayətində “Sosial-mədəni inteqrasiya və xüsusi təhsil” mövzusunda beynəlxalq konfransda təmsil edib. Mövzu: Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onlar üçün nəzərdə tutulmuş mərkəzlər.

2014-2015 ci illərdə Rusiyada Universitetlər arasında yayımlanan Loqopediyanın aktual problemləri kitabında “Autizm sindromu və nitq” və “Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onlar üçün nəzərdə tutulmuş mərkəzlər “mövzusunda yazının müəllifidir.

16-17 mart 2015-ci ildə Azərbaycan Tibb Universiteti, Boston uşaq xəstəxanası və Harvard tibb məktəbinin birgə layihəsində dinləyici olaraq iştirak etmiş və sertifikat almışdır.

Rusiya federasiyasının dəstəyi ilə 08.03.2016-cı ildə ABŞ-da keçirilən elmi konfransın sonunda çıxan kitabda yazıya görə diplom aldı.Movzu: Muasir dövrdə və Azərbaycanda loqopediya

09.03.2016-cı ildə  məqaləsi  BELARUSİYA DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ TƏRƏFİNDƏN Sertifikata layiq görüldü. Mövzu: Azərbaycanda Erkən yaş dövründə olan uşaqların nitqinə mənfi təsir edən sosial-psixoloji təsirlər.

Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası” adlı respublika konfransının materialları  kitabında “Erkən uşaq autizmi zamanı korreksion-pedoqoji yardımın təşkili və psixoloji-pedoqoji diaqnostikası məsələləri” mövzusunda məqaləsi dərc olunmuşdur.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr