22.01.2016 21:43

Türkiyədə nitq qüsurları ilə bağlı problemlər müzakirə edilib (olaylar.az)

Türkiyənin Istanbul şəhərində nitq qüsuru ilə bağlı beynəlxalq seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, seminarda bir çox ölkələrlə yanaşı Azərbaycanda da nümayəndə heyəti iştirak edib. Seminarda ölkəmizi Nitq İnkişaf Mərkəzinin sədri Esmira Kazımova təmsil edib. Danışma Əngəllilər Federasiyasının və İgem Psixoloji Mərkəzinin birgə təşkil etdiyi tədbirin açılışını Danışma Əngəllilər Federasiyasının rəhbəri Özgür Tekol və İgem Psixoloji mərkəzin rəhbəri Leyla Sancak açıb. Seminarda Nitq İnkişaf Mərkəzinin sədri Esmira Kazımova məruzə ilə çıxış edib, Azərbaycanda bu istiqamətdə görülən işlər, mövcud problemlər və onun həlli yollarından danışıb. Sonda seminar iştirakçılarına təşkilatçılar tərəfindən sertifikat təqdim olunub.
Türkiyəyə səfər çərçivəsində Esmira Kazımova bu ölkədəki “Moral radio”nun qonağı olub. Esmira Kazımova və Leyla Sancak nitq qüsurları ilə bağlı müzakirələr aparıblar.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr