03.12.2015 17:35

Yeni Nitq İnkişaf Mərkəzi fəaliyyətə başlayıb (olaylar.az)

Paytaxtın Xətai rayonunda Nitq İnkişaf Mərkəzi fəaliyyətə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, 2012-ci ildən Bakı şəhərində fəaliyyət göstərən mərkəz. 2014-cü ildə valideynlərin çoxsaylı istəyini nəzərə alaraq Sumqayıt şəhərində öz filialını açıb. Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar  üçün daha çox fəaliyyət növü artırılıb. Hər iki mərkəzdə kamera sistemi fəaliyyət göstərir. İstənilən an valideyinlər uşaqların dərsini izləyə bilərlər. Həftənin 5-ci günü isə müəllimə Esmira Kazımova Nitq İnkişaf Mərkəzinin Sumqayıt filialında konsultasiyada olur. Mərkəzin əsas fəaliyyət növlərinə defektologiya,  psixologiya, əmək terapevti, mualicəvi bədən tərbiyəsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbəqədər və məktəb hazırlığı, rəsm dərnəyi, dil kursları və s. aiddir.

Xəbərin ünvanı: http://olaylar.az/news/social/141885

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr