03.12.2015 17:30

Azərbaycan Saratovda keçirilən təhsil mövzusundakı beynəlxalq konfransda təmsil olunub (Salamnews.org)

Bakı, 12 oktyabr, SalamNews, F.Rzayev. Rusiyanın Saratov vilayətində “Sosial-mədəni inteqrasiya və xüsusi təhsil” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu barədə SalamNews-a məlumat verən Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova bildirib ki, Saratov Pedoqoji Dövlət Universiteti və Almaniyanın Təhsil və Elmi İnformasiya Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan konfransda xüsusi təhsil və sosial-mədəni inteqrasiya istiqamətində müzakirələr aparılıb, məruzələr dinlənilib: “Artıq ikinci xarici ölkədir ki, Azərbaycanı təmsil edirəm. İlk dəfə idi ki, Azerbaycan da bu konfransda təmsil olunurdu”.

Qeyd edək ki, Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova həm də sözügedən universitetin loqopediya fakültəsinin magistrantıdır. 18 ölkənin nümayəndəsinin iştirak etdiyi konfrans zamanı Esmira Kazımova “Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onlar üçün nəzərdə tutulmuş mərkəzlər” mövzusunda məruzə ilə çıxış edib. Konfrans zamanı mərkəz rəhbərinə Saratov Dövlət Pedoqoji Universitetinin sertifikatı təqdim edilib.

Xəbərin ünvanı: http://az.salamnews.org/az/news/read/191905/azerbaycan-saratovda-keccedilirilen-tehsil-moumlvzusundaki-beynelxalq-konfransda-temsil-olunub/

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr