20-21 Oktyabr tarixlərində Esmira Kazımovanın Səslərin qoyuluşu seminarı sona çatdı. Sonda hər bir iştirakçıya sertifikatda verildi.
Dekabr ayının 22-si Esmira Kazımovanın Türkiyənin Sakarya Universitetində seminarı baş tutdu. Seminar 4 saat davam etdi. Seminarda tələbələr, mərkəzlərdə çalışan mütəxəssislər və universitet müəllimləri iştirak etdi. Seminar Universitetin müəllimi Metin Cengel təşkilatçılığı ilə baş tutdu. Sonda Esmira xanıma Universitet tərəfindən təşəkkür sertifikatı verildi.
11 Dekabr tarixində Esmira Kazımovanın İmişli şəhərində ailələrlə görüsü oldu. Esmira xanım təmənnasız olaraq ailələrə seminar verdi. Nitq İnkişaf mərkəzinin mütəxəssisləri orada olan uşaqları təmənnasız olaraq yoxladi. Ailələrə lazım olan məsləhətləri verdilər. Qeyd edək ki, bu tədbiri təşkil edən İmişli şəhərində fealiyyət göstərən yeganə loqoped Elza xanım idi.
19 Dekabr tarixində Qafqaz Universitetində Esmira Kazımovanın seminarının 2-ci günü sona çatdı. Seminarın əvvəlində Xəzər dənizində itgin düşən və rəhmətə gedən neftçilərimiz yad edildi. Seminar 3 saat davam etdi.
20-21 Noyabr tarixində Esmira Kazımovanın 2 günlük seminarı baş tutdu. Seminar Nitq İnkişaf mərkəzinin Həzi Aslanov şöbəsində keçirildi. Hər bir iştirakçı seminarın sonunda sertifikat aldı.
Esmira Kazımovanın Türkiyənin İzmir şəhərində 26-27 noyabr tarixində Ailələr üçün təmənnasız seminarı baş tutdu. Seminarı Nar Taneleri özəl mərkəzi təşkil etmişdi. Sonda Esmira Kazımovaya mərkəz rəhbərliyi və ailələr adından mükafat hədiyyə edildi. Nar Taneleri mərkəzinin rəhbəri Besim Toker müəllimə düzənlədiyi gözəl tədbir üçün minnətdarlığımızı bildiririk.
3 dekabr Beynəlxalq Əllilər günü münasibəti ilə Qafqaz Universitetində Esmira Kazımovanın seminarı baş tutdu. Seminar məhz Qafqaz Universitetinin tələbələrinin istəyi ilə edildi. Qeyd edək ki, seminar 3 mərhələdən ibarət olacaq. Ilk mərhələdə iştirak edənlər digər 2 mərhələdən sonra Qafqaz Universiteti tərəfindən sertifikat əldə edəcəklər.
Qafqaz Universitetinin tələbələrinin təşəbüsü ilə 3 Dekabr Beynəlxalq Əlillər günü münasibəti ilə Esmira Kazımovanın seminarı keçiriləcək. Seminar odənişsizdir!
Seminarda ən azı 500 müəllim iştirak edib. Seminar Sakarya milli Təhsil nazirliyi tərəfindən həyata keçirildi. Seminarın təşkilatçısı isə Sakarya milli təhsil qurumunun şöbə müdiri Necmi Sagiroglu idi. Seminarın sonunda Sakarya təhsil naziri Mevlut Kuntoğlu da şəxsən istirak edib. Seminarın sonunda Təhsil naziri səhnəyə çıxaraq Esmira xanıma minnətdarlığını bildirdi. Bu uğura…
Məkəzimizin rəhbəri Esmira Kazımova Ankaranın Gökqurşağı mərkəzində ailələr üçün seminar verdi. Bu seminara həmçinin mütəxəsislərdə qatıldı. Seminar sonunda valideyinləri narahat edən suallara Esmira Kazımova cavab verdi. Bu seminara həmçinin Türkiyənin tanınmış psixiatoru doktor Cəbrail hocada dəstək üçün qatılmışdı. Seminarın sonunda mərkəz tərəfindən Esmira Kazımpva mükafatda aldı. Bu tip seminarlar Azərbaycan…
Nitq inkişaf mərkəzinin mütəxəsisləri Esmira Kazımova və Aynurə Cəfərova Moskvada 2 günlük Kəkələmə seminarında iştirak etdilər və sertifikat aldılar. Kursu 40 illik stajı olan xanım Tomilina aparırdı. Bu kursda nəinki Tomilina x öz şəxsi praktikası ilə bölüşdü. Həmçinin Rusiyanın klassik və muasir loqopedlərinin kəkələmə ilə bağlı metodlarınada geniş yer verildi.…
İlk dəfə Türkiyədə ailələr üçün nəzərdə tutulmuş təmənnasız maarifləndirici seminar olacaq. Oktyabrın 13-ü Ankarada özəl mərkəzdə seminar baş tutacaq
19-20.09.2016-cı il tarixində Esmira Kazımovanın seminarı baş tutdu. Hər bir iştirakçı sertifikat aldı. Seminar praktik-teorik formada keçirildi. Mövzu: Nitqi olmayan uşaqlarda loqopedik işin təşkili

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr