Zümrüd Nəcməddin qızı
Zümrüd Nəcməddin qızı 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə ADPU-nin pedaqogika və psixologiya fakültəsində təhsil alıb. Bir sıra elmi konfranslarda, təlimlərdə iştirak edib, sertifikatlara layiq görülüb. 10 illik təcrübəyə malik olan psixoloq - autizm spektr pozuntusu, serebral iflic, kəkələmə, diqqət əskikliyi və hiperaktivlik, davranış pozuntusunu, daun sindromu, NİL, PNİL, ümumi inkişaf ləngiməsi və s. psixoloji problemləri olan uşaq və yeniyetmələrlə işləyib, müxtəlif metodikalardan istifadə edərək korreksiya işləri aparıb, müvəffəqiyyətlər qazanıb. Ən çox istifadə etdiyi terapiya üsulları - Cbt, ABA, kukla və nağıl terapiyası, art terapiya, oyun terapiyası, floortime, çözüm odaklı terapiya, Kids Skills Finlandiya terapiya və s.
Hal hazırda «Nitq inkişaf mərkəzində» psixoloq kimi fəaliyyət göstərir.