Kazımova Esmira Rafiq qızı

Image

Kazımova Esmira Rafiq qızı 1991-2001 ci illərdə Bakı şəhər Sabunçu rayonu 96 saylı orta məktəbdə təhsil alıb. 2001-2005 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetin Defektologiya şöbəsində təhsil alıb. 2014 - 2016-cı illərdə Saratov Dövlət Universitetinin Loqopediya fakultəsində magistr təhsilini alıb. Magistr diplom işinin adı "Erkən Autizm sindromlu uşaqlarda loqopedik işin təşkili" olub. 2005-ci ildən bu günə qədər xüsusi uşaqlar üçün 11 saylı dövlət məktəbində defektoloq-loqoped kimi fəaliyyət göstərir. Eyni vaxtda 2012-ci ildən bəri Nitq İnkişaf Mərkəzlərinin rəhbəri və baş mütəxəsisi kimi çalışır, Autizm qəzetinin redaktoru, Türkiyədə Disleksiya vakfının yazarı və quruculuğunda çalışır. İlk Azərbaycanlı loqoped olaraq Azərbaycanı xarici ölkələrdə ilk təmsil edən loqoped-defektoloq,ilk loqopedik maarifləndirici və autizm saytın qurucusudur (Autizm.az vəLoqoped.az ), ilk autizm ək kitabçasının, daun sindromu və nitq kitabının, Türkiyədə loqopedik kitabın müəllifi, ilk Autizm mərkəzi ictimai birliyin qurucularından biri, özəl defektoloji-loqopedik mərkəzin qurucularından biridir. Loqoped.az saytının təsisçisidir.


 

2009-cu ildə Uşaq və Nevropsixoloji Mərkəzdə baş müəllim, defektoloq-loqoped olaraq fəaliyyət göstərib. 2008-2012 ci ildə Azərbaycanda ilk Autizm Defektoloji və Psixoloji yardim Mərkəzinin, İctimai Birliyinin qurucularından biri və baş mütəxəsisi olaraq fəaliyyət göstərib.

2011-ci ildə İsraildə ABA kursunun 1-ci və 2-ci modulunu distant olaraq bitirib.

11.08.2012-ci il tarixində Moskvada ABŞ-da yerləşən Beynəlxlaq Loqopedlər Universitetinin loqopedik masaj kursunu ( Elena Dyakova) bitirib.

2012-ci ildə Moskvada Loqoped Plus tədris mərkəzinin Nitq qüsurları və masaj kursunu bitirib.

2013-cü ildə Təbriz şəhərində "Nitqin patalogiyası və pedaqogikası" kursunu bitirib.

2013-cü ildə Naxçıvan Muxtar Respublikasında olan Fiziki məhdudiyyəti məhdud olan mərkəzdə autizm sindromlu usaqlar üçün təsis edilmiş hissəsində dərs verib.Həmçinin loqopedik bölməyə rəhbərlik edərək bu bölməni yaradıb.

2014-cü ildə Türkiyədə ilk disleksiya dost müəllim oldu. Beynəlxalq konqresə qatılaraq sertifikat aldı.

2014-cü ildə Loqoped plus-da Moskva şəhərində Tomilina Svetlananın rəhbərliyi altında keçirilən loqopedik seminarda iştirak edib.

14.11.2014 cü il tarixində Azərbaycanda keçirilən ilk loqopedlər forumunun təşkilatçılarında biridir.

2015 ci ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən FIM mərkəzinin rəsmi dəvəti ilə Nitq İnkişaf mərkəzinin rəhbəri Esmira Kazımova 2 günlük səfərdə oldu. Səfər zamanı mərkəzin mütəxəssisləri və valideyinlər üçün seminar keçirildi. Uşaqları qəbul edib orda fəaliyyət göstərən proqramlar verdi. 

2015-ci ildə Esmira Kazımova mərkəzində istifadə edilən loqopedik məşğələ haqqında Rusiyada loqopedlərin birləşdiyi Loqoportala yazı verdi. Sözsüz yazı bəyənilərək saytda yerləşdirildi ve şəhadətnamə ilə təsdiq olundu http://logoportal.ru/metodika-korrektsii-zaikaniya/.html

2015 ci il 14 noyabr tarixində ümumdünya loqopedlər günü münasibəti ilə "Логомаг - конференции, мастер-классы, повышениеквалификации" qurumu tərəfindən Moskva şəhərində keçirilən "II –ймеждународнойнаучно-практическойконференции 14-15 ноября 2015 года" - "Современная логопедия: от теории и к практике" konfransında çıxan kitabda yazısi  dərc olundu. Mövzu:  BİLİNQVİST UŞAQLAR VƏ NİTQƏ TƏSİR (AZƏRBAYCANDA)

2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya vasitələri İşçilərinin Həmkarlar Birliyinin Rəyasət Heyəti (AzərKÌV) "Ìntervyü" jurnalı və "Ìntervyü-xəbər" qəzetinin keçirdiyi ictimai sorğu əsasında qəbul etdiyi qərarla Azərbaycanı ilk dəfə xaricdə təmsil edən Nitq Ìnkişaf Mərkəzi, fəaliyyət göstərdiyi sahədə qazandığı nailiyyətlərə görə "Azərbaycanı xaricdə təmsil edən ilin Nitq Ìnkişaf mərkəzi" FƏXRİ MEDİA MÜKAFATI ÌLTÌFATLA TƏLTÌF EDÌLÌR.

2015-ci ildə ilk azəri loqoped olaraq Azərbaycanı 30-31 may tarixində AYDIN universitetində keçirilən ölkələrarası Disleksiya konqresində uğurlu təmsil edib. Vakıf tərəfindən mükafat alıb.

2015-ci il 9-10 oktyabr tarixlərində ilk azəribaycanlı loqoped olaraq Rusiyanın Saratov vilayətində “Sosial-mədəni inteqrasiya və xüsusi təhsil” mövzusunda beynəlxalq konfransda Azərbaycanı uğurla təmsil edib.

2015-ci ildə Kəkələmə mövzusunda Türkiyənin www.igempsikoloji.com saytında yazı dərc olunub.

2014-2015 ci illərdə Rusiyada Universitetlər arasında yayımlanan Loqopediyanın aktual problemləri kitabında "Autizm sindromu və nitq" və "Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onlar üçün nəzərdə tutulmuş mərkəzlər "mövzusunda yazının müəllifidir.

16-17 mart 2015-ci il tarixində Azərbaycan Tibb Universiteti, Boston uşaq xəstəxanası və Harvard tibb məktəbinin birgə layihəsində dinləyici olaraq iştirak etmiş və sertifikat almışdır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və social adaptasiyası” adlı respublika konfransının materialları adlı kitabında Esmira Kazımovanın “Erkən uşaq autizmi zamanı korreksion-pedoqoji yardımın təşkili və psixoloji-pedoqoji diaqnostikası məsələləri” mövzusunda məqaləsi dərc olunmuşdur.

2015-ci il Moskva, Loqomed. Nitqi olmayan uşaqlar mövzusunda keçirilən seminardan sersifikat aldı

2015-ci il Moskva. Defektologiya Prof. Loqopedik praktika və zondlardan istifadə mövzusunda seminarda iştirak edib seminar aldı

2015 ci ildə Nevropsixoloji mərkəzdə Autizm xəstəlik deyil seminarının təşkilatçısı və lektoru olub.Qeyd edək ki,seminara online olaraq Adelp Universitetinin professor Stephan Mark Shorede qatılaraq valideyinlərin suallarınıda cavablandırdı.Seminarın digər təşkilatçısı Səlist Danış mərkəzi idi.

16.02.2016-cı il tarixində Türkiyənin İstanbul şəhərində Esmira Kazımovanın seminarı keçirildi. Seminar Konuşma Engelliler Federasyonu və İgem psixoloji mərkəzin yardımı ilə həyata keçirildi. Bu seminar nəinki türk vətəndaşları üçün nəzərdə tutulmuşdu. Həmçinin Azərbaycanın bölgələrindən də online olaraq loqopedlər qatıldı. Nəinki Bakıdan həmçinin Naxçıvan, Gəncə, Quba şəhərlərindən qatılan mütəxəsislər razı qaldılar. Beləki hər bir iştirakçıya sertifikat və kəkələmə proqramı hədiyyə olundu. Tədbirin açılışını Konuşma Engellilər Federasyonunun rəhbəri Özgür Tekol və İgem psixoloji mərkəzin rəhbəri Leyla Sancak açdı.

7-8.03.2016-cı il tarixində Amerikanın Nyu-York ştatında keçirilən elmi-praktik konfransın sonunda çıxan jurnalda Esmira Kazımovanın elmi-araşdırma yazısı işiq üzü gördü. Mövzu: Müasir dövrdə və Azərbaycanda loqopediya elmi. Həmçinin yazıya görə sertifikatda aldı.

09.03.2016-cı il tarixində Esmira Kazımova yazdığı elmi araşdırma yazısına görə Maksima Tanka adına Belarusiya Pedaqoji Dövlət Universiteti  TƏRƏFİNDƏN Sertifikata layiq görüldü. Mövzu: Azərbaycanda Erkən yaş dövründə olan uşaqların nitqinə mənfi təsir edən sosial-psixoloji təsirlər.

2016-cı il Moskva. Loqo Prof Açığ Universiteti. Nitq qüsurlarına Nevro psixoloji yanaşma.

2016-cı ildə Rusiyada A.S. Puşkin adına Dövlət Universitetinin xüsusi təhsil bölməsinin Loqopediya fakultəsinin 12-ci konfransında çixacaq loqopedik yığma kitabda ilk dəfə olaraq ilk Azeri Loqopedi Esmira Kazımovanın yazısı dərc edildi. Mövzu AFAZİYA ZAMANI KİÇİK MATORİKANIN İNKİŞAFInın üstünlüyü.

29 Aprel 2016-cı il tarixində M.P. Draqmanov adına Ukrayna Milli Dövlət Universitetinin 3-cü Ölkələrarası Xüsusi Təhsil Konfransında çıxacaq kitabda Esmira Kazımovanın yazıları dərc edildi. Mövzu: KOXELYAR İMPLANT UÇAQLARDA LOQOPEDİK İŞİN TƏŞKİLİ

6-7 may 2016 cı il tarixlərində keçirəcəyi 1ci ölkələr arası korreksion pedaqogika konfransında ilk dəfə olaraq Azərbaycanımızı Kazaxıstanda keçirilən Defektoloq-loqopedlər birliyi olan Rik asosasiyasınıntedbirinin sonunda çıxacaq kitabda Esmira Kazımovanın yazısı dərc edildi. Mövzu Autizm sindromlu uşaqlarda nitqin yoxlanışı

15 may 2016 cı il tarixində Esmira Kazımovanın elmi yazısı A.S. Puşkin adına Belarusiya Dövlət Universitetinin korreksion təhsil fakultəsinin keçirdiyi elmi konfransda çıxacaq kitabda yer aldı. Qeyd edək ki,ancaq ploqiat olmayan yazılar xüsusi komisiya tərəfindən seçilir. Mövzu-Azərbaycanda inklüziv təhsil.

04-05.06.2016-cı il tarixində Türkiyənin İstanbul şəhərində 3-cü ölkələrarası Disleksiya konqresi keçirildi. Konqres Yeditepə Universitetində oldu. Disleksiya vakfının dəvəti ilə Esmira Kazımova çıxış etdi. Həmçinin konqresin son günü workshopda baş tutdu. Sonda Esmira x mükafata layiq görüldü.

25.07.2016-cı il tarixində Rusiyanın humanitar Universitetində keçirilən seminarda iştirak etdi. Seminarı professor neyropsixoloq-defektoloq Vizel keçdi. Mövzu: Autizm sindromu muasir dövrdə.

25-29.07.2016-cı il tarixində Esmira Kazımova "Bütün səslərin zond və digər üsullarla qoyuluşu" mövzusunda seminarda iştirak etdi. Kursun sonunda sertifikat ve xüsusi diplom əldə etdi. Beləki diploma əsasən müxtəlif nitq qüsurları zamanı loqopedik ve zond masajı ilə çalışmaq hüququnu aldı.

26-30.07.2016-cı il tarıxində Azərbaycanda ilk dəfə! Moskva şəhərində keçirilən Sensor-inteqrasiya (duyğu-bütünləmə) 5 günlük seminarında Esmira Kazımova iştirak edərək sertifikat aldı. Qeyd etmək lazımdır ki, seminara bir çox ölkə qatılmışdı. Seminar əyani və distant formada keçirildi. Seminarı deyən mütəxəssis isə sensor inteqrasiyanın yaradıcısı Djen Ayres in tələbəsi Syuzın Smit idi.

24.07.2016-ci il tarixində Azərbaycan da ilk dəfə olaraq Disleksiya ve Disqrafiya zamanı dünyada təsdiq olunmuş DEYVİS METODU kursu ilə Esmira Kazımova tanış oldu. Bu kurs zamanı DEYVİS metodu ilə qiymətləndirmə ve aradan qaldırma metodlarını mənimsəyərək vətənə geri dönəcək. Qeyd edək ki, bu metodu öyrədən mütəxəssis ölkələrarası DEYVİS DDAİ asosasiyasının lisenziyalı mütəxəssisi Nadejda xanımdır. Rusiyada bu metod üzrə cəmi iki mütəxəssis var. Onlardan biri də Nadejda xanımdır.

16-18.07.2016-cı il tarixində Rusiya Federasiyasının A.İ. Qerçena adına Universitetin Loqopediya fakultəsinin professoru L. Barayevadan 3 günlük dərs aldılar. Mövzular
- Sensor inteqrasiyanın (duyğu bütünləmə) nəzəri və praktiki məşğələsi
- Sensor otaqların qurulması və proqramların hazırlanması
- Alaliya və Afaziyanın diaqnostikası və aradan qaldırılması
Qeyd edək ki, Rusiyada yeganə A.İ. Qerçin universitetidir ki, Sensor inteqrasiya (duyğu bütünləmə) dərslərini dərslik halında çıxarıb tədris edirlər. L. Barayeva isə dünyanın korifey loqopedi Lalayevanın davamçısıdır.

Kazan Federal Universiteti. Təşəkkür məktubu. Xüsusi psixologiya və korreksiya pedaqogika kafedrası. KFU-in psixologiya və təhsil institutu Kazımova Esmira Rafiq qızına "xüsusi (defektoloji) təhsil istiqamətində tələbələrin hazırlanması üzrə əməkdaşlıq və birgə tərəfdaşlıq etdiyi üçün təşəkkürünü bildirir.

Kazan Federal Universiteti. Psixologiya ve Təhsil Institutu. Rusiya Federasiyasının təhsil və Elm Nazirliyi. Rusiya Federasiyasının Təhsil və Elm işçilərinin həmkarlar ittifaqı təşkilatı. İştirakçının sertifikati. Uğur-vektoru 2016; xüsusi psixologiya və korreksiya pedaqogikasında ən yaxşı metodoloji üsullar və korreksiya məşqələləri.

Oyun loqopediyası məktebi. Esmira Kazımovaya verilən şəhadətnamə təsdiq edir ki, o "Ayres sensor istiqamətinə giriş" seminarında iştirak etmişdir. Aparıcı: Susanne Smith Roley. OTD, OTR/L, FAOTA (Kaliforniya, ABW). Moskva 26-30 iyul 2016-ci il

11.10.2016 cı il tarixində Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Gökqurşağı mərkəzində ailələr üçün seminar verdi. Bu seminara həmçinin mütəxəssislərdə qatıldı. Seminar sonunda valideyinləri narahat edən suallara cavab verildi. Sonda mərkəz tərəfindən mükafatada layiq görüldü.

12-15.10.2016 il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Ölkələrarası odyoloji və loqopedlər konqresində nəinki çıxış etdi həmçinin vorkşop keçirdi. Bir çox xarici ölkələrin loqopedləri bu konqresə qatılmışdır. Mövzu Serebral İflicli uşaqlarda loqopedik işin təşkili.

Türkiyənin İzmir şəhərində 26-27 noyabr tarixində Narlıdərə əlillər qoruma və dəstəkləmə mərkəzinin dəstəyi ilə ailələr üçün 3 saatlıq maarifləndirici seminar verdi və uşaqlarda nitq qüsurları yoxlanıldı. Sonda mərkəz rəhbərliyi və ailələr tərəfindən mükafata layiq görüldü.

9-10 noyabr 2016-cı il tarixlərində Türkiyənin Sakarya şəhərində 2 günlük seminarı baş tutdu. Seminarı Sakarya Təhsil Nazirliyi təşkil etmişdir. Seminarda ən azı 500 müəllim iştirak edib. Seminarın təşkilatçısı isə Sakarya milli təhsil qurumunun şöbə müdiri Necmi Sagiroglu idi. Seminarın sonunda Sakarya təhsil naziri Mevlut Kuntoğlu da şəxsən istirak edib. Seminarın sonunda Təhsil naziri səhnəyə çıxaraq minnətdarlığını bildirdi. Sakarya səfəri zamanı Esmira Kazımova Sakaryada fəaliyyət göstərən Öçem autizm məktəbi və Dalsu özəl mərkəzlərədə dəvət aldı. Bu təhsil ocaqlarında uşaqları dəyərləndirdi və müəllimlərlə müzakirələr aparıldı. Seminar bəyənildiyi üçün bir çox Türkiyə saytları bu haqda məlumatlarda paylaşdı. Səfər çərçivəsində Esmira Kazımova həmçinin Sakarya TV və Maga radionun qonağı oldu. Verilişin mövzusu nitq qüsurları idi.

22.12.2016-cı il trixində Türkiyənin Sakarya Universitetində Nitq qüsurları və aradan qaldırılma yolları ilə bağlı seminar təşkil olundu. 4 saatlıq seminarın sonunda Esmira Kazımova universitet tərəfindən təşəkkür sertifikatı aldı. Seminarda tələbələr və müəllimlər iştirak etdilər.

2016-ci ildə müxtəlif tarixlərdə 3 mərhələdən ibarət Qafqaz Universiteti tələbələrinin təşkilatçılığı ilə Esmira Kazımovanın seminarı baş tutdu. Son mərhələ Aprelin 11-i həyata keçirildi. Sonda iştirakçılara sertifikat verildi.

4-5-6.02.2017-ci il tarixində Rusiyanın Moskva şəhərində Esmira Kazımova Azərbaycanda ilk dəfə "Palpator sistemin diaqnozu və loqopedik masajla səslərin qoyulması", «Sensor motor stimullaşmasında istifadə olunan iş alətlərinin metodu» təlimində iştirak edib. Sertifikatı məhz Amerikada fəaliyyət göstərən INTERNATIONAL INSTITUTE OF SPEECH PATHOLOGY-dan alıb. 

31 Mart 2017-ci il tarixində Rusiyada Autizm maarifləndirmə ayında keçirilən konfransda Azərbaycanı təmsil edib. Qeyd etmək lazımdır ki, ilk dəfə məhz Esmira Kazımova sayəsində Azərbaycan bu elmi-praktik konfransda təmsil olunub. Seminarı Moskva şəhəri əhalisinin əmək və sosial müdafiəsi departmenti, Moskva şəhərinin Dövlət muxtar müəssisəsi və "Sosial sahəsi işçilərinin Əlavə Professional təhsili institutu" keçirmişdi. Sonda Esmira xanım mükafata layiq görüldü.Seminarda Esmira Kazımova “Əmək Departamenti və Moskva şəhərinin əhalisinin sosial müdafiəsi. Moskva şəhəri dövlət avtonom müəssisəsi sosial sahəsinin işçiləri üçün əlavə təhsil institutu“ “Təşəkkürnamə» və Moskva şəhərinin dövlət avtonom müəssisəsi «Sosial sahənin işçiləri üçün əlavə Təhsil İnstitutu» Sosial işçilərin beynəlxalq məktəbi tərəfindən “Sertifikat”a layiq görülmüşdür.

2 apreldə Rusiyada nəşr olununan Loqoped jurnalında Esmira Kazımovanın yazısı dərc olundu. Mövzu autizm sindromlu uşaqlarda artikulyar gimnastikanın üstünlüyü. Qeyd etmək lazımdır ki, ilk Azərbaycanlı loqoped olaraq Esmira xanımın yazısı bu jurnalda dərc olunub.

02.04.2017 ci il tarixində ümumdünya autizm maarifləndirmə ayına həsr edilmiş Autizm dünyası seminarının teşkilatçısı və lektoru olub. Qeyd etmək lazımdır ki, seminar Muasir Psixalogiya Mərkəzi və Nitq inkişaf mərkəzinin birgə lahiyyəsi idi. Seminarda həmçinin tanınmış ictimai şəxslərdə qatıldı .

06-07.05/2017-ci il tarixində Kazaxıstanın Almaata şəhərində Al-Farabi Dövlət Universitetində Rik Defektoloq-Loqopedlər asasasiyasının Loqopraktika 2017 konfransında ilk dəfə Azərbaycanı təmsil etdi. Mövzusu Serebral iflicli uşaqlarda loqopedik işin təşkili və Disqrafiyanın korreksiyası. Birlik tərəfindən Esmira xanım mükafata layiq görüldü. Konfransın sonunda çıxan yığma kitabda yazısı dərc edildi. Mövzu: Aqramatik disqrafiyanın aradan qaldırılma yolları.

18-20.04.2017ci il tarixində Rusiyada Universitetlər arası çıxan elmi araşdırma yığma elektron kitabda Esmira Kazımovanın yazısı dərc edildi. Yazı məhz Esmira xanımın Saratov Dövlət Universitetində magistr pilləsində müdafiə etdiyi mövzu idi. Mövzunun adı: Erkən Autizm sindromu zamanı loqopedik işin təşkili.

Azərbaycanda ilk dəfə 23-24.09.2017-ci ildə Nitq inkişaf mərkəzi və Qazaxıstan Təhsil Nazirliyinin Nəzrinde Pavlodar şəhərində fəaliyyət göstərən Evroazıya İnnovasiya Dövlət Universitetinin birgə layihəsi baş tutdu. Beləki Nitq inkişaf mərkəzinin rəhbəri Esmira Kazımova və həmin universitetin müəllimi Bold Şabanova ile bərabər seminarı baş tutdu. Seminarın mövzusu Səslərin qoyuluşu idi. Sonda her bir iştirakçı Universitet tərəfindən sertifikat aldı. Esmira Kazımova isə ilk Azərbaycanlı loqoped olaraq Qazaxıstan Universiteti tərəfindən Təşəkkürnamə ilə təltif olundu.

29.09.2017-ci il tarixində Rusiyanın Saratov Dövlət Universitetində keçirilən Ümümdünya Loqopedlər konfransın sonunda çıxan kitabda yazısı dərc edildi. Bu kitabda Azərbaycandan başqa Amerika, Çin, Qazaxıstan, Belarusiya ve s. kimi ölkələrin mütəxəssislərinin yazıları dərc edilib. Mövzu: Türkiyə xüsusi təhsilinə baxış. Qeyd edək ki, məhz Türkiyə ilk dəfə belə bir möhtəşəm konfransda yer alıb. Əlbətdə ki, Türkiyə xüsusi təhsilini 5-6 səhifə ilə anlatmaq olmaz. Bu səbəbdəndə mövzunun adı Türkiyə xüsusi təhsilinə baxış oldu.

Rusiyanın Saratov Dövlət Universitetinin xüsusi təhsil və loqopediya bölməsinin şərəf lövhəsində Esmira Kazımovanında şəkli və haqqında məlumat yer alıb. Həmçinin Universitetin rəsmi saytında Esmira xanımın ən yaxşı tələbələr içərisində yer alıb. Qeyd edək ki, belə təşəbbüs Universitetdə ilk dəfədir ki, yaranıb.

Qazaxıstanın E. Buketova Dövlət Universitetində Ümümdünya xüsusi təhsil və loqopedlər üçün təşkil edilmiş konqresin sonunda çıxan kitabda Esmira Kazımovanın yazısı dərc edildi. 19-20 aprel 2018-ci il tarixində  keçən konfransda Esmira Kazımovanın yazısı bəyənilərək mükafatada layiq görüldü. Mövzu: Dodaq-damaq yarıqları əməliyyatından sonra loqopedik işin təşkili

25.04.2018 tarixində Rusiyanın tanınmış "Təhsil və elm Rusiyada və xaricdə" jurnalında yazısı dərc olundu. Xüsusi sertifikata layiq görüldü. Yazdığı mövzu: Autizm sindromlu uşaqlarda loqopedik masaj (şəxsi praktika).

2018-ci il 15-16 dekabr ayında Türkiyənin Eskişeher Osmanqazı Universitetində Ölkələrarası Disleksiya konqresi keçirildi. Konqresi Türkiye Disleksiya Vakfı teşkil etmişdi. Bir neçə ölkənin qatıldığı konqresdə Azərbaycanı yenədə Esmira Kazımova təmsil etdi. Esmira xanımın çıxışından başqa workşopuda baş tutdu. Həmçinin konqresin kitabçasında da Esmira Kazımovanın mövzusunun qısa mətni yer aldı. Sonda Vakıf tərəfindən Esmira Kazımova mükafatlandırıldı.

21.07.2019-il tarixində Esmira Kazımovanın "Serebral İflicli uşaqlarda pipetlə su içmə problemləri və aradan qaldırılma yolları" yazısı diploma layiq görüldü. Yarışma ÜmumRusiya Pedaqoji yarışmanın loqopediya bölməsində keçirildi.


 

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr