Yaş dövrlərinin xüsusiyyətləri

Yaş dövrləri uşaq psixologiyasının ən mühüm amilərindəndir. Onun düzgün müəyyənləşdirilməsi dövrə müvafiq şəkildə təlim-tərbiyə işlərinin aparılmasına imkan verir.

İnkişaf dayanmadan fasiləsiz davam etdiyindən dövrlər arasında keçidi müəyyənləşdirmək çətindir. Bununla belə, inkişaf fərdi planda diskret gedə bilər, onun cərəyanı, gediş sürəti arta və ya azalaraq keyfiyyət fərqləri yarada bilər. Lakin fərdi xüsusiyyətlərindən asılı olmayaraq uşağın bütün inkişaf mərhələlərini ardıcıl və fasiləsiz keçməli olduğu bir qanunauyğunluq mövcuddur.

Fərdi inkişaf prosesi(ontogenez) 2 mərhələdən ibarətdir. İlkin mərhələ dölün ana bətnindəki inkişaf müddətini əhatə edir və prenatal ontogenetik inkişaf adlanır. Digəri isə anadan olandan ömrünün sonuna qədər olan müddətdir ki,ona  postnatal ontogenetik inkişaf deyilir.