Uşağımı bağçaya göndərmədən əvvəl nələrə diqqət etməliyəm?

Uşaq inkişafına uyğun cəhdlər etməlidir. Həyatımızda bağlanmaq, aidlik duyğusu və s.nə qədər önəmlidirsə bir şəxsiyyət kimi öz mövqeyinin olmasından ötürü də ayrılmalar bir o qədər önəmlidir. Bağça, məktəb və s. bu ayırlmalara nümunədir. Eynilə bu, uşağa tualet tərbiyəsinin verilməsi qədər, uşağı süddən ayırıb əlavə qidalar verlməsi qədər,uşağım özm ayrı otağına köçürtmək qədər önəmli nüansdır. Bunun ən kritik yanı isə bu ayrılmalar nə zaman olmalıdır? Bu prosesə uşağı necə hazırlamaq olar? Hər ayrılmaları vaxtında düzgün şəkildə etmək mütləqdir. Əgər vaxtından tez və ya gec olarsa bu davranış pozuntusuna gətirib çıxarda bilər. Eyni ilə uşağı baxçaya göndərməkdə belədir. Vaxtından tez göndərmək, uşağı baxçaya getməsinə məcbur etsək bir sıra problemlərlə qarşılaşmağımız qaçınılmazdı.

Uşaqları baxçaya gedən valideynlər nə zaman problem yaşayar?

1) 2-4 yaş arası uşaqlarda ana ilə uşaq arasında fiziki ayrılma müşahidə olunubsa,məsələn (ana daim çalışır uşağına yetəri qədər vaxt ayıra bilmirsə) bu zaman uşaqda ayrılıq təşvişi yarana bilər.

2) Valideyn həddindən artıq qoruyucu və təşvişlidirsə.Yəni,uşağın başında pərvanə olursa,uşağın əvəzinə hər şey edirsə,daim uşağına görə narahatdırsa bu zaman uşaqda təşvişli halları müşahidə etmək normal hesab olunur. Bu zaman nə olur? Uşaq yetərsiz olduğuna inanır və o şemmalarla böyüyür. Tək başına bir şey edə bilmir, tək qalsa başına pis hadisələrin gələcəyi təşvişinə bürünür,ya da tək qalsa anasının onu tərk edəcəyindən qorxur. Buna görədə uşaqlar ilk sosiallaşdığı dönəmdə bu tip reaksiyalar verirlər. Çox təəssüf ki, valideynlər bunun fərqinə varmır. Yəni, baxça qorxusu adlandırılan bu davranışlar əslində valideynlə uşağın yanlış bağ qurmasından irəli gəlir. Uşağın valideyndən ayrılma qorxusudur altda yatan təşviş.

Yaxşı, bəs uşağı nə zaman baxçaya göndərməliyəm?

3 yaşından etibarən uşağı baxçaya göndərmək olar. Amma,aparılan tədqiqatlar göstərirki 3 yaşından aşağı uşaq ana ilə simbiotik həyat tərzi keçirtdiyi üçün baxçaya göndərmək daha sancılı keçə bilər.Bundan başqa 2 yaşında uşaqlarda egosentrizm, ətraf mühiti kəşfetmə dönəmində olduğu üçün, oyundan oyuncaqdan daha çox anaya ehtiyyacından baxçaya göndərmək tövsiyyə olunmur.

Uşağın baxçaya adaptasiya müddəti necə olmalıdır?

Əslində adaptasiya müddətində uşağın özəlliklərini də nəzərə almaq lazımdır.Amma,baxçaya qoymadan əvvəl, baxça haqqında hekayələr,resmlər,oyuncaq, baxça gəzintiləri, baxçanın atmosferini uşağa göstərmək lazımdır ki, bu uşağın marağını çəksin. “Sən artıq böyüdün,böyük oğlan oldun, böyük uşaqlar baxçaya gedər“ tipli cümlələr qurub uşağa məsuliyyət yükləmək olmaz. O an uşağa ağır gələ bilər. Bu etapı keçəndən sonra uşağı vəziyyətindən asılı olaraq ilk gün baxçada gəzdirmək ola bilər, müşahidə etmək ola bilər,1 saat getdikcə 2 saata qaldırıb baxçaya qoymaq olar. Müşahidə etməklə uşağın nəyə ehtiyyacını anlayıb zaman aralığını qaldırmaq tövsiyyə olunur. Birdən-birə uzun zaman uşağı baxçaya qoymaq və ya qoyub getmək qəti şəkildə tövsiyyə olunmur.Uşaqda travmalara gətirməsi qaçınılmaz ola bilər. Etap-etap valideyn baxçada sinifin qapısında gözləyə bilər,baxçanın qapısında gözləyə bilər,həyətində gözləyə bilər və s. müddəti belə uzatmaq olar. Burada mütləq valideyn və müəllimlər güc birliyi içərisində olmalıdır və birliktə uşağa güvən verilməlidir. Uşağa güvənli mühit olduğunun mesajı göndərilməlidir. Valideyn qədər müəllimənin də  burada çox həssas yanaşması şərtdir. Uşağı baxçaya göndərərkən müəllimə haqqında mütləq ciddi araşdırmaq lazımdır. Baxça dönəmi şəxsin inkişafının ən vacib dönəmlərindən hesab olunur. Əgər bu dönəm sancılı keçsə təəssüf ki ,inkişafının digər sferalarına da əks olunacaqdır. Bəzən uşaqlarda zamanla fonda OKP, depressiya, həyəcan və təşviş pozuntusu,panik atak və s. görünə bilər.

 

“Nitq və inkişaf“mərkəzinin psixoloqu - Leyla İftixar

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr