"Dizartriya və alaliya üzrə çalışmağı daha çox sevirəm"

-Nurlana xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən Bakı Məktəbəqədər Pedaqoji Texnikumunu FƏRQLƏNMƏ İLƏ (qırmızı diplom) bitirmişən. (1995-1997) Daha sonra Azərbaycan Pedaqoji Universitetində (ADPU)- "Korreksiyaedici pedaqogika və xüsusi Psixologiya" fakültəsində təhsil aldım(1997-2001).Tələbəlik illərim daim yeniliklərə açıq olmuşam .O dönəmdə mənə ən böyük dəstəkçim və motivatrım S.Sadiyev və G.Mehrəliyeva olmuşdur. Paralel olaraq isə Azərbaycan Elmi Tibb Kitabxanasında çalışmışam. İşimin də mənə verdiyi avantajlara görə çoxlu mütaliə etdiyim ədəbiyyatlar olub və mənə hər zaman kömək olub. Bu peşə daim yeniliklərə açıq olduğu üçün daim öyrənməlisən elə məhz bu dönəmdə Esmira Kazımova ilə yollarımız kəsişdi.Esmira Kazımovanın şəxsi praktikasını müfəvvəqiyyətlə bitirdikdən sonra artıq bu sahə üzrə çalışmağa başladım.


- Hansı nitq qüsurları ilə işləməyi sevirsiniz?

- Dizartriya və alaliya üzrə çalışmağı daha çox xoşlayıram.

- Sizcə, ailələrin əksəriyyəti öz övladına qarşı məsuliyyətli yanaşırmı?

- Belə deyək, biz deyə bilmərik ki, məsuliyyətlidirmi və ya əksinə.Müxtəlif ailələr var .Bəzən övladında hər hansı bir qüsur görən valideynlərin subyektib yanaşmasını görmüşük.Heç nə olmaz keçib gedəcək,onun xasiyyəti belədir,atası da gec danışıb,oğlan uşaqları geç danışır hələ 2-3il də gözləyim 5 yaşdan sonra mütləq aparacam.Və...birdən 5 yaşlı uşağa serebral iflic,əqli gerilik və s.diaqnozlari qoyulur. Bu zaman valideyn saman çöpündən yapışan kimi bizdən övladını tez bir zamanda normal həmyaşıdları səviyyəsinə gətirməyi xahiş edir.Bizdə bu qüsur üçün sehrli düymə yoxdur axı.Düzdür,bizim mərkəzə gələn hər bir uşaqla abilitasiya və reabilitasiyasi ilə məşğul oluruq .Amma vaxtında müraciət edilsə idi daha başqa nəticələri görmək mümkün olardı.

- Sizin sahədə kurslara,yeni nəzəri biliklərə yiyələnmək nə dərəcədə doğrudur.

- Bizim sahə daim inkişaf edən, yeni metodikalara yiyələnməyi tələb edən sahədir.Bu baxımdan hər zaman çalışmışam ki öz üzərimdə daha çox işləyim.Daim seminarlar və konfranslarda iştirak etmişəm. Nitq Patalogiya İnstitutunun professoru E.A.Dyakovanin Moskvada verdiyi ,,Loqopedik massaj ,,təlimində iştirak etmişəm.Loqoped.azsaytında oxucularımıza maraqlı olan məqalələr yazmışam.Hal- hazırda Moskva Korreksiyaedici Pedaqogika İnstitutunda onlayn təhsil alıram.Mütəmadi olaraq korifeylerimiz sayılan Y.F.Arxipova,Y.Y.Rayın seminarlarına məmuniyyətlə qoşuluram.Qazaxıstanın Pavlodor Universiteti tərəfindən dərc olunan elmi məcmuələr toplusunda ,,sənətə gedən yol,,məqaləm çap olunmuşdur.Bu yolda həm mənə həm də digər tələbələrinə yaxından kömək edən müəllim E.Kazımovaya təşəkkürümu bildirirəm.

- Bir mütəxəssis olaraq valideynlərə nə çağırış edərdiniz?

- Bir çox müasir valideynlərin qanununa çevrilən uşaqları ,,susdurmaq ,,üçün planşet və telefonların verilməsinə son vaxtlar tez tez şahidi oluram. Bu da məndə dərin narahatlıq doğurur.Son tədqiqatlar uşaqların nitqinin və beynin inkişafını ləngidən məhz smartfonlar olduğu sübut olunmuşdur.Övladları ilə daha çox vaxt keçirsinlər,zamandan istifadə etsinlər,bağçaya gedərkən,məktəbdən gələrkən və s.daim övladları ilə ünsiyyətdə olsunlar.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr