Çeynəmə nitqə necə təsir edir?

Çox vaxt valideynlə rdən eşidirəm ki, uşağa bərk qida verdikdə tüpürür, bogazında qalır, ona görə də hələ bərk qida verməyə tələsmədiklərini etiraf edirlər. Onsuz da nə vaxtsa çeynəməyi öyrənəcək də!. Əlbəttə öyrənəcək, o zaman övladınızın nitqində problemlər olduğu halda əsla pis olmayın!. Dövrümüzun ən acınacaqlı hallarından biri də bir çox valideynlərin belə düşüncəyə sahib olmasıdır.Bu zaman siz valideynlər sual verə bilərsiniz ki,ceynemənin nitqlə nə əlaqəsi var. El' birbaşa əlaqəsi nəzərinizə çatdırım ki,

Nitqin formalaşması uşağın ilk 3 ilində inkişaf edir. Bu period ərzində ali psixi proses sayılan nitqin formalaşması üçün əlverişli şərait yaranmasa gələcəkdə bunu kompensasiya etmək çox çətin olur.

Bütün uşaqlar infantil udqunma ilə doğulur.Belə udqunma zamanı yanaq, dodaq, dil yaxından iştirak edir. Bu zaman dil iki damaq arasında yerləşir ki,bu da körpənin əmməsinə kömək edir. Ceynəmə refleksi (4_6 ay)əlavə qidanın verilməsindən başlayaraq, inkişaf edir.Tebii ki,ilk əlavə qida püre halında olur.Lakin bir çox hallarda analar övladının artıq çeynəmə refleksinin əmələ gəlməsinə baxmayaraq, övladına blenderden keçirilmiş qida və ya hələ də əmzikdən verirlər. Analarin niyə bu situasiyaya əl atmalarına səbəb nədir?

  1. Marketden püre halında qida almaq çox rahatdır.
  2. Yedizdirmə vaxtını qisaldirlar.Cunki,çeynəmək vaxt aparır.
  3. Analar qidanın bərk verilməsi halında uşağın çeçeməsinden qorxurlar.
  4. Uşagi və onu əhatə edən məkan tərtəmizdir.

Bu ki əladır!

Gəlin əla dediyimiz məsələyə digər prizmadan baxaq.Uşaga əlavə qida verildikdə uşaq bu qidanı udmaq üçün çənə, dil və dodağını ,, işə salır,,. Bu da körpənin yaxın gələcəkdə danışması üçün bir növ ,,əzələ məşqçi,, rolunu oynayır. Ceynəmə zamanı dil əzələləri inkişaf edir. Bu zaman dil artıq öz vəziyyətini dəyişir, üst dişin arxasına keçib, öz yerini tutur. Əgər analar bu dövr ərzində körpəyə yenə də blenderdən keçirilmiş qida və ya əmzikdən verməyə davam edərlərsə, nfantil tip udqunma öz yerini bərkidir və çeynəmə refleksi asta asta sönməyə başlayır. Bu tipdə qidanı verərkən o, lazımi qədər ağız suyu ilə islanmadıgına göre mədə şirəsi və həzm fermentləri öz normasında ifraz olunmur bu da öz növbəsində həmin qidanın bağırsaqlarda tam sovrulmasının qarşısını alır. Ceynəmənin olmaması artikulyar(ağız) əzələlərin inkişafdan qalmasına gətirib çıxarır ki, bu da həmin əzələlərin tonusunun aşağı düşməsi, kök yanaqlar, ağzın yarıaçıq qalması, yumşaq damağın aşağı düşməsinə ,salivasiya(ağız suyu)olması ilə və s. xarakterize olunur.

Hörmətli analar! Övladınızın gələcəkdə nitq ləngiməsinin olmasını istəmirsinizsə uşağınızın fizioloji durumunun əksinə getməyin. Artiq çeynəmə refleksi yarandığı andan qidanı əvvəl püre, sonra tədricən bərk qidaya kecmənizi tövsiyyə edirəm.

Bəli,bir çox hallarda övladınızın qidadan imtina etməsinə bir sıra amillər təsir edə bilər

  1. Usaqda artikulyar aparat əzələ tonusunun pozuntusu zamanı. Bu bir çox hallarda hipoksiya, travma, infeksiya və s. zamani baş verə bilər. Aradan necə qaldırılmalı? Nevroloq və loqopedə müraciət edilməlidir.
  2. Usaqda sensor sferada pozuntu olarsa. Müəyyən qidalar ona qorxulu, iyrənc görünə bilər. Duyu butunləmə, loqopedə müraciət edilməli.
  3. Uşaqda udma və çeynəmə ilə bağlı somatik pozuntular (damağın iltihabı xəstəliyi,dişin vaxtından əvvəl çıxması) olduğu üçün qidadan imtina edir. Bu zaman tibbi metodlara müraciət edilməlidir.

 

Nitq İnkişaf Mərkəzinin loqoped -defektoloqu: Məmmədova Nurlana

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr